Modern.az

Şuşada görülən işlər Ermənistan mediasını heyrətləndirdi

Şuşada görülən işlər Ermənistan mediasını heyrətləndirdi

1 Sentyabr 2021, 10:10

Ermənistanın "Qraparak" qəzeti Şuşada görülən bərpa və quruculuq işlərindən yazıb.

 

Modern.az xəbər verir ki, qəzet Şuşadakı tikinti işlərinin miqyasından heyrətini gizlətməyib.

 

"Azərbaycan Şuşada böyük tikinti işləri həyata keçirir. Yol və tunellərdən əlavə, elektrik yarımstansiyası istifadəyə verilib. Sovet dövründə tikilmiş yarımstansiyanın yanında bir neçə aya şəhəri işıqlandıran yeni yarımstansiya istifadəyə verilib. Parlaq işıqlara qərq olan Şuşanı Xankəndidən görmək mümkündü. Xankəndiyə gedən yol isə Rusiya və Azərbaycan sərhədçilərinin nəzarətindədir. Rusiya sülhməramlıları Xankəndiyə giriş edən şəxslərin pasportunu Azərbaycan sərhədçilərinin müşahidəsi altında həyata keçirir"- deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama