Modern.az

Qazaxıstanda rus dili qalmaqalı - Məsələyə prezident qarışdı

Qazaxıstanda rus dili qalmaqalı - Məsələyə prezident qarışdı

1 Sentyabr 2021, 10:38

Qazaxıstanda rus dilinin istifadəsi ilə bağlı qalmaqal davam edir.

 

Modern.az yerli mediaya istinadən xəbər verir ki, məsələyə prezident Kasım-Jomart Tokayev də reaksiya verib.

 

"Rus dilindən istifadəyə qanunvericiliklə maneçilik törətmək olmaz", - deyə o söyləyib.

 

Son vaxtlar Qazaxıstanda dövlət və xidmət sektorunda rus dilindən istifadə edən şəxslərlə mübarizə üçün xüsusi reydlər keçirilirdi.

 

Rəsmi Moskva Qazaxıstanda rus dillilərin hüquqlarının pozulması barədə məsələ qaldırmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir