Modern.az

KİVDF jurnalistlər üçün yeni müsabiqə elan etdi

KİVDF jurnalistlər üçün yeni müsabiqə elan etdi

1 Noyabr 2012, 18:48

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  noyabrın 1-də  “Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi informasiya  vasitələri arasında əməkdaşlığın inkişaf  etdirilməsi” mövzusunda konfrans keçirilib.
Yığıncaqda Suraxanı rayon  ictimaiyyətinin  nümayəndələri və 30-dək tanınmış KIV-in rəhbərləri iştirak ediblər. 

Tədbirdən əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov media nümayəndələrini son illər rayonda görülən  abadlıq- quruculuq  işləri ilə yaxından tanış edib.

KIVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun fəaliyyətindən söz açıb.
Vüqar Səfərli qeyd edib ki, son illərdə həyata keçirilən mühüm  layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzetin” baş redaktoru Rəşad  Məcid və digər iştirakçılar icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında “ Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər ” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan edib və belə bir konfransın keçirilməsinə verdiyi dəstəyə görə Suraxanı Rayon İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra müsabiqə elan olunub. Müsabiqənin məqsədi Suraxanı rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.                                                              

Müsabiqənin mövzusu “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ adlanır.   
Yazıların qəbulu 02.11.2012-cil il tarixində başlayır , 14.12.2012 tarixdə başa çatır. 

Müsabiqədə   I -ci  yer üçün  bir, II -ci  yer üçün iki, III -cü yer üçün  üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.  Bundan əlavə,  10 yazı  müəllifinə  həvəsləndirici mükafatlar veriləcək.

I   yer - 1000  manat   (1 000 manat)
II  yer - 800  manat    (1 600 manat)
III  yer - 600  manat   (1 800 manat)
Həvəsləndirici mükafat  -  200  manat  (2000 manat)

Qaliblər, həmçinin Suraxanı  Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  xüsusi diplomu ilə təltif olunacaqlar. 


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu