Modern.az

Eyni məkan, eyni saat: Milli Məclis iclasa hazırlaşır, müxalifət piketə...

Eyni məkan, eyni saat: Milli Məclis iclasa hazırlaşır, müxalifət piketə...

2 Noyabr 2012, 09:40



Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Modern.az saytının məlumatına görə, parlamentin gündəliyinə 12 məsələ daxil edilib. Bu məsələlərdən bəziləri ictimaiyyətin xüsusi diqqətindədir.
Milli Məclis insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun illik hesabatını dinləyəcək.

Parlamentin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna təklif edilən dəyişikliklər layihəsinin bu günkü iclasda müzakirəyə çaxarması ölkə müxalifətinin narazılığına səbəb olub. Qeyd edək ki, bu dəyişikliklərdə icazəsiz aksiyalara görə, cərimələrin yüksək məbləğlərə qaldırılması nəzərdə tutulur. Buna etiraz edən müxalif qüvvələrin toplaşdığı İctimai Palata saat 12-də Milli Məclisin qarşısına piket təyin edib.
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın piketinə icazə verməsə də, qarşı tərəf aksiyanı keçirməkdə israrlı olduğunu bəyan edib.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi