“Nə vaxt Gürcüstan hökuməti rəsmi olaraq Azərbaycan hökumətinə bununla bağlı müraciət etsə, o zaman məsələyə fikir bildirəcəyik. Bəlkə gürcü mətbuatı yalan yazıb, Kaxa Kaladze belə bir bəyanat verməyib”.
Bunu Modern.az-a açıqlamasında Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.
Qeyd edək ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze mətbuata açıqlamasında bildirib ki, gələn ildən etibarən hökumət Rusiyadan enerji almağı düşünür. Lakin bundan öncə rəsmi Tbilisi Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizinin yaradılması planına görə, elektrik enerjisini Bakıdan idxal etməyi planlaşdırırdı.
Məsələyə “Azərenerji”ASC-dən isə münasibət bildirilib. ASC-dən deyiblər ki, Azərbaycan Gürcüstana enerji satmır, enerji mübadiləsi edir.
Sevinc İltifatqızı