Modern.az

Silahlılar 100-dən çox şagirdi qaçırdılar

Silahlılar 100-dən çox şagirdi qaçırdılar

1 Sentyabr 2021, 19:48

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara vilayətində silahlılar yenidən məktəbə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Hücum edilən məktəbdə 500-dən artıq şagird təhsil alır. Qaçırılan uşaqların dəqiq sayı bilinmir.

 

İlkin məlumata görə, 100-dən artıq uşaq və bir neçə müəllim qaçırılıb.

 

Agentlik qeyd edir ki, 2020-ci ilin dekabr ayından bəri Nigeriyadakı məktəblərdən 1000-dən artıq uşaq qaçırılıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu