Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı fransalı nazir iranlı həmkarına ölkəsinin 2015-ci il nüvə anlaşmasının bərpası ilə bağlı danışıqlara tez bir zamanda qayıtmasını istəyib.
Nazir danışıqların dərhal bərpa edilməsinin vacibliyini və aktuallığını vurğulayıb.