Modern.az

ABŞ sərhədini qorumaq üçün Tacikistana kömək edəcək

ABŞ sərhədini qorumaq üçün Tacikistana kömək edəcək

2 Sentyabr 2021, 00:02

ABŞ Əfqanıstan və Özbəkistanla sərhədində yeni infrastrukturlar qurmaq üçün Tacikistana kömək edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Düşənbədəki səfirliyi məlumat yayıb.

 

Səfirlikdən bildirilib ki, Tacikistanın cənub-qərb sərhədində tikiləcək yeni obyektlər təhlükəsizliyin təmin edilməsinə kömək edəcək.

 

Xatırladaq ki, "Taliban"dan qaçan 100 min Əfqanıstan qaçqınını qəbul etməyi  öhdəsinə götürən Tacikistan Rusiya hərbi bazasına ev sahibliyi edir və Moskvanın rəhbərlik etdiyi KTMT-nin üzvüdür.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu