Türkiyədə parlament seçkilərində tətbiq edilən seçki baryeri 7%-ə endirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə eyni ittifaqda təmsil olunan Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı saytında dərc olunan yazılı açıqlamasında məlumat verib.
O bildirib ki, seçki baryerinin 5, yoxsa 7% olması barədə müzakirələr lüzumsuzdur. Cümhur İttifaqı bu baryerin 7% olmasına qərar verib.
Xatırladaq ki, Türkiyədə seçki qanununun dəyişirilməsi planlaşdırılır. Yeni dəyişikliklərin növbəti seçkilərə qədər qəbul edilməsi gözlənilir.
Türkiyədə növbəti parlament seçkiləri 2023-cü ildə keçiriləcək.
Türkiyədə keçirilən əvvəlki parlament seçkilərində seçki baryeri 10% olub. Seçkilərdə bu qədər səs toplayan partiyalar parlamentdə təmsil oluna bilir.
Akif İsmayılov