Modern.az

HESABAT: İqlimlə əlaqəli fəlakətlər 5 dəfə artıb

HESABAT: İqlimlə əlaqəli fəlakətlər 5 dəfə artıb

2 Sentyabr 2021, 00:40

1970-ci ildən etibarən hava şəraitinin yaratdığı fəlakətlərin sayı 5 dəfə artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatının yaydığı hesabatda qeyd olunub.

 

Hesabatda ekstremal hava şəraitinin yaratdığı fəlakətlərdə 2 milyondan çox insanın həyatını itirdiyi və ən çox insan itkisinə quraqlığın səbəb olduğu qeyd olunub.

 

90 səhifədən ibarət araşdırmada quraqlıq “ən ölümcül iqlim hadisəsi” hesab edilib və 650 mindən çox insanın həyatına son qoyduğu vurğulanıb.

 

Son dərəcə isti hava səbəbiylə ölən şəxslərin sayı 56 min olub.

 

Hesabatda ölümlərin 90 faizindən çoxunun inkişaf etməkdə olan ölkələrdə baş verdiyi qeyd edilib.

 

11 mindən çox fəlakətin vurduğu maddi ziyan 3 trilyon 640 milyon dollar olaraq hesablanıb.

 

1970-79-cu illər arasında gündə təxminən 49 milyon dollar ziyan dəydiyi halda, bu rəqəm 2010-2019-cu illər arasında gündə 383 milyon dollara yüksəlib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu