Modern.az

İtaliyada nəqliyyatda COVID pasportu tələb ediləcək

İtaliyada nəqliyyatda COVID pasportu tələb ediləcək

2 Sentyabr 2021, 00:52

İtaliyada COVID-19 pasportlarının məcburi olduğu sahələrin sayı artırılıb.

 

Modern.az xəbər verir ki, artıq bu ölkədə məktəblərdə və şəhərlərarası nəqliyyatda vətəndaşlardan “Yaşıl pasport” adlandırılan sertifikatlar tələb ediləcək.

 

İtaliya hökuməti ötən ayın əvvəlindən bir çox ictimai yerlərdə və tədbirlərdə COVID-19 pasportlarını məcburi edib.

 

COVID pasportu olmayan müəllimlər məktəblərə buraxılmayacaq və buna görə 5 gündən artıq işə getməyənlər işdən kənarlaşdırılacaq. İşdən azad ediləcək müəllimlərin maaş və ya kompensasiya almaq hüququ olmayacaq.

 

Ölkədə, həmçinin daxili və xarici uçuşlarda, bölgələr arasında gedən gəmilərdə, şəhərlərarası nəqliyyatda və sürət qatarlarında səyahət etmək üçün də bu sənəd tələb olunacaq. Şəhər daxilində ictimai nəqliyyatda pasport tələb olunmayacaq.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu