Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalındakı “Sülhün mənbəyi” əməliyyat zonasını atəşə tutan PKK terror təşkilatının Suriya qanadının dörd yaraqlısını məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Tükiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PKK/YPG yaraqlıları türk hərbçilərinin mövqelərinə hücum etməyə cəhd ediblər, lakin xüsusi təyinatlıların səyləri ilə zərərsizləşdiriliblər.
Türkiyə Silahlı Qüvvələri regionda sülh və sabitliyin təmin edilməsi üçün tədbirlər görməkdə davam edəcək.