Modern.az

Göygöldə kişi tanışını qətlə YETİRDİ

Göygöldə kişi tanışını qətlə YETİRDİ

Aktual

2 Sentyabr 2021, 09:12

Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Göygöl rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

 

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda istintaq  davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?