Modern.az

Ərinin zorakılığına məruz qalan qadın ÖLDÜ

Ərinin zorakılığına məruz qalan qadın ÖLDÜ

Aktual

2 Sentyabr 2021, 10:16

30 avqust 2021-ci ildə həyat yoldaşı Niftəliyev Rəhman İlqar oğlu tərəfindən zorakılığa məruz qalan Niftəliyeva Aytən İlham qızı xəstəxanada dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, hadisənin səbəbkarı olduğu bildirilən Niftəliyev Rəhman İlqar oğlu ölkəni tərk etmək istəyərkən, hava limanında saxlanılıb.

 

Qeyd edək ki, ailədaxili münaqişə zamanı 1 yaş yarımlıq körpə Niftəliyeva Tahirə Rəhman qızı anası ilə birgə ailəyə məxsus olan üçmərtəbəli evin sonuncu mərtəbəsindən yerə yıxılıb. Hadisə nəticəsində körpə yerindəcə vəfat edib. Anası Aytən Niftəliyeva İlham qızı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.

 

Hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?