Modern.az

Parlamentdə dava düşdü: deputatlar əlbəyaxa oldular

Parlamentdə dava düşdü: deputatlar əlbəyaxa oldular

2 Noyabr 2012, 11:52

Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında davaş düşüb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, TBMM-nin iclasında müzakirəyə çıxarılan “Dövlət tenderi haqqında” qanuna əlavə və dəyişiliklərlə bağlı mübahisə edən hakim AKP-li deputatl Oktay Saral ilə müxalif MHP-li millət vəkili Oktay Vural arasında əlbəyaxa dava düşüb. Qanun layihəsinin müzakirəsi zamanı AKP-li deputatın Oqtay Vuralı barmaqla göstərərək onu hədələməsi qarşı tərəfin narazılığına səbəb olub. Parlamentdə təhqiramiz ifadələr səsləndirən deputatlar bir-birlərinə yumruq zərbələri ilə cavab veriblər. Davaya digər millət vəkilləri müdaxilə edərək aranı sakitləşdiriblər.

Anar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi