Modern.az

Turqut Özalın oğlu: “Mən zəhərlənmə xəbərinə təəccüblənmədim”

Turqut Özalın oğlu: “Mən zəhərlənmə xəbərinə təəccüblənmədim”

2 Noyabr 2012, 12:24

Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənməsi təsdiq olunandan sonra oğlu buna təəccüblənmədiyini bildirib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, T.Özalın oğlu Əhməd Özal “mən buna heç təəccüblənmədim. 18 ildir ki, bunu bilirdim. Hələ bunun davamı gələcək. Cinayətkarlar ortaya çıxacaq. Məni hər kəs lağa qoydu amma haqlı olduğum ortaya çıxdı”, – deyib.

Qeyd edək ki, artıq Türkiyənin Ədliyyə Nazirliyinin tibb qurumu araşdırmanı tamamlayıb. İddialara görə, alınan analizlərdən prezidentin nəşində yüksək miqdarda zəhər qalıqları tapılıb. Bu zəhər T. Özalın ya yeməyinə, ya da içəcəyinə qatılıbmış. 

Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə müəmmalı şəkildə dünyasını dəyişib. Sabiq prezidentin ailəsinin israrlı təkidlərindən sonra Türkiyə hökuməti T. Özalın məzarının açılması haqda qərar qəbul edib

 

Sevinc

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi