Modern.az

Ağcabədidən xaricə saxta COVID pasportu satırlarmış...

Ağcabədidən xaricə saxta COVID pasportu satırlarmış...

Aktual

2 Sentyabr 2021, 14:35

“Ağcabədi rayon mərkəzi xəstəxanası”  Publik Hüquqi Şəxsinin Avşar kənd həkim məntəqəsində  bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılıb.

 

Ağcabədi rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVİD-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyənləşib.

 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?