Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 2-dən 3-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 3-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına gəlincə isə qısa müddətə dəyişən küləkli və nisbətən soyuq hava şəraitindən sonra noyabrın 03-ü səhər saatlarından başlayaraq küləyin zəifləyəcəyi, havanın temperaturunun 3-5 dərəcə yüksələcəyi gözlənilir.