Modern.az

Lavrov “Taliban”a müraciət etdi

Lavrov “Taliban”a müraciət etdi

2 Sentyabr 2021, 15:23

“Moskvada ümid edirlər ki, “Taliban” hərəkatı Pəncşir əyalətində döyüşlərə başlamaqla bağlı öz planlarından imtina edəcək və Əfqanıstanın digər gücləri ilə dialoqa başlayacaq”. 

  

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

XİN başçısı münaqişə tərəfləri arasında danışıqların uğurla başa çatacağına ümid etdiyini söyləyib.

 

“Ümid edirəm ki, danışıqlar yarımçıq qalmayacaq və hər hansı qərar qəbul olunacaq. Döyüş əməliyyatlarının bərpası ilə bağlı təhdidlər isə reallaşmayacaq”, – deyə Lavrov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu