Xəbər verildiyi kimi, avqustun 30-da paytaxtın Səbail rayonu ərazisində yaşayan Aytən Niftəliyeva və azyaşlı övladı Tahirə Niftəliyevanın yaşadıqları evin pəncərəsindən yıxılaraq müalicə olunduqları xəstəxanada vəfat etmələri faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qeyd olunan həssas mövzu ilə bağlı etik və qanunvericilik normalarına riayət etməlidirlər:
“Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan hər hansı məlumatın yayılması hallarına yol verilməməsini tövsiyə ediririk”.