Modern.az

29 illik həsrətdən sonra Şuşaya ilk gediş...

29 illik həsrətdən sonra Şuşaya ilk gediş...

Aktual

2 Sentyabr 2021, 15:50

29 illik həsrətdən sonra Şuşaya ilk gediş... Şuşa həsrəti, Şuşa ayrılığı yaşayanlar bilər bu hissləri. Özü də tarixi bir gün - 30 avqust 2021-ci il. Dağlar yaraşığı, dağlar əzəmətli Şuşada uzun ayrılıqdan sonra dağıdılmış, əsir düşmüş, ürəyi qubar bağlamış böyük bir abidənin təzədən əvvəlki görkəmini qaytarmaqla Azərbaycanın ən böyük şairlərindən biri olan Molla Pənah Vaqifin abidəsinin açılışı və ənənəvi olan Vaqif poeziya günlərinin iştirakçısı olmaq.

 

Yeni salınmış Zəfər yolu ilə işğala məruz qalmış doğma torpaqlarımızın məşəqqətli görüntülərini seyr etmək həm kədərli, həm də  qürurverici anlar yaşadırdı. Əzəli, əbədi Azərbaycan torpaqlarının vandala, vəhşiliyə məruz qalmış mənzərələrini seyr edərkən bu xalqın başına gətirilənlər bir anlığa gözlərimizdə əks olunurdu, bu torpaqların vəhşilərdən , nankorlardan necə təmiz, azad olduğunu düşündükcə hər qarış torpağında şəhid qanı axdığını, qazi yaralandığını xatırladıqca sözlə ifadə oluna bilməyən qürur, iftixar anlarını, duyğularını  yaşadıqca ürək dolusu demək istəyirsən: " Yaşa, mənim doğma xalqım, yaşa, mənim qəhrəman Ordum, var ol, mənim Ali Baş Komandanım!" Bax bu hisslərin, duyğuların içində doğulduğun, uşaqlığının, gəncliyinin şəhəri olan Şuşaya yaxınlaşırsan ...

 

Öz füsunkarlığını qoruyub saxlayan, dünyaya dahilər, ilklər bəxş edən Şuşaya. Qulağındakı səslər sənə deyir: " Əziz Şuşa, sən azadsan!".

 

1982-ci ilin qarlı, boranlı bir günündə Azərbaycanı Azərbaycandan da çox sevən dahi bir insanın-Heydər Əliyevin Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirakı bütün dünyanı heyrətə gətirmişdi. İndi isə uzun ayrılıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu abidəni  təzədən xalqımıza bəxş etməyi,  bəlkə də, ağlın gücü çatmır bunları ifadə etməyə. Qətiyyəti ilə, hünəri ilə, diplomatiyası ilə, 44 günlük Vətən savaşındakı əfsanəvi xidməti ilə doğma torpaqlarımızın işğaldan azad olunması hələ uzun illər söyləniləcək, tarix yazan "Dəmir yumruğ" un gücü, qüdrəti Azərbaycan xalqının azadlığını, müstəqilluyini əbədi qoruyacaqdır.

 

Hər sözü hər cümləsi ömür boyu yaddan cıxmayan: "Əziz şuşalılar, yaxın gəlin" - sözləri bir ömrə yetər. Sadəliyin, qayğıkeşliyin, mehribanlığın ən böyük nöqtəsidir.

 

Sizi xalqımız çox sevir, vətənin igid oğlu. Bu xalqın yaralarına məlhəm oldunuz. Bu millətin qürurunu qorudunuz. Tarix boyu qızıl hərflərlə yazılacaq Zəfər tarixi yaşatdınız.

 

Həmişə olduğu kimi 44 günlük ikinci Qarabağ müharibəsinin ilk saatlarında, ilk günlərində də xalqımızın yanında olan bizim Mehriban xanım! Yaralı əsgərlərin görüşlərində olanda göz yaşlarını saxlaya bilməyən bizim birinci xanım! Bu möhtəşəmlik üçün, bu fəxarət üçün Qarabağın qadınları adından sizə "Çox sağ olun" - deyirik. Həmişə bu xalqla düşündünüz, bu xalqa nəfəs aldınız. Var olun!

 

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada böyük quruculuq işləri başlanıb. Şuşa öz möhtəşəmliyi, əzəməti ilə yenidən xalqımıza bəxş olunur. " Əziz Şuşa, biz qayıtmışıq ! Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

 

Günəş Hüseynova

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru.

 YAP Şuşa rayon təşkilatının 40 saylı ərazi ilk partiya təşkilatənın sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi