Daha bir avtobus kart sisteminə keçir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, 3 sentyabrdan etibarən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bildirilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.