Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsinə təyinat olub.
Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, direktor vəzifəsi Famil Məmmədova həvalə olunub.
Bu təyinata qədər həmin vəzifənin səlahiyyətlərini icra edən Esmira Alməmmədova öz ərizəsi ilə işdən çıxıb.