“Avropa İttifaqı öhdəliklərini yerinə yetirmədi. Razılaşmanı yeniləməliyik. Miqrantlarla bağlı razılaşmanın yenilənməsi ilə bağlı düşüncələrimizi və məsləhətlərimizi onlara çatdırmışıq”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Siqrid Kaaqla keçirdiyi birgə mətbuat konfransında deyib.
XİN başçısı Avropa İttifaqının Türkiyəyə cavab vermədiyini diqqətə çatdırıb:
“İsrarla yenilənməli olduğunu deyəndə Avropa İttifaqı təktərəfli qərar verdi. “İstədiyim kimi qərar verərəm, bir az pul verim, Türkiyə qaçqınları saxlasın” anlayışı işləməz. Belə təklifi qəbul etmərik. Müvəqqəti də olsa, qəbul etmərik”.