ABŞ-da tüğyan edən "İda" qasırğası nəticəsində azı 45 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Təbii fəlakətdən ən çox Nyu-York və Nyu-Cersi ştatları zərər çəkib.
***
ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında "İda" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.
Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Qeyd edək ki, qasırğa bir neçə gündür ölkə ərazisində tüğyan edir. Hazırda bəzi ştatlarda fövqəladə vəziyyət elan olunub.
***
(19:20)
ABŞ-ın Nyu-York şəhərində “İda” qasırğası güclü daşqınlara səbəb olub.
Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, daşqınlar nəticəsində ən azı 15 nəfər ölüb.
Qasırğa nəticəsində Nyu-Yorkun bir hissəsini su basıb, metroda bəzi xətlərdə qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, Nyu-York və Nyu Cersidə fövqəladə vəziyyət elan olunub.