Modern.az

Əcnəbilər COVID pasportu tələb olunan obyektlərə daxil ola bilərlər

Əcnəbilər COVID pasportu tələb olunan obyektlərə daxil ola bilərlər

Aktual

2 Sentyabr 2021, 19:44

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a bildirilib ki, həmin şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.

 

Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?