Modern.az

ABŞ-ın 778 milyardlıq müdafiə büdcəsi təsdiqləndi

ABŞ-ın 778 milyardlıq müdafiə büdcəsi təsdiqləndi

2 Sentyabr 2021, 20:09

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi növbəti maliyyə ili (ABŞ-da yeni maliyyə ili oktyabrın 1-dən başlayır-red) üçün həcmi 778 milyard dollar olan müdafiə büdcəsinin layihəsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə komitə sədri Adam Smit məlumat verib.

 

Təşəbbüs 57 komitə üzvü tərəfindən dəstəklənib, yalnız iki nəfər əleyhinə çıxıb.

 

Büdcə təsdiqlənməsi üçün ABŞ Senatına göndəriləcək.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu