“Taliban” hərəkatı Əfqanıstanda təhlükəsizliyi təmin edəcəyi və insan haqlarına riayət edəcəyi təqdirdə Almaniya diplomatlarını Kabilə qaytarmağa hazırdır.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.
O, qeyd edib ki, “Taliban” tərəfindən bu şərtlər yerinə yetirilərsə, Almaniya Əfqanıstana humanitar yardım göstərə və inkişafına dəstək verə bilər.