ABŞ Dövlət katibi Entoni Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan əl Saud arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Əfqanıstandakı vəziyyəti və Səudiyyəyə məxsus beynəlxalq hava limanına partlayıcı quraşdırılan PUA ilə hücumu müzakirə edib.
Səudiyyə hücuma görə Yəməndəki husilərin məsuliyyət daşıdığını və hadisə nəticəsində 8 nəfərin yaralandığını elan edib.