Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan 283 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 305 047 nəfərdən test götürülüb, onların 23 496-nın testi pozitiv nəticə verib, 20004 nəfər sağalıb.