Modern.az

“Barselona”nın futbolçusu rəsmən “Beşiktaş”da

“Barselona”nın futbolçusu rəsmən “Beşiktaş”da

2 Sentyabr 2021, 23:50

Türkiyənin “Beşiktaş” klubu “Barselona”nın ötən mövsüm 60 milyon avroya heyətinə qatdığı Bosniya-Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniçi 1 il müddətinə icarəyə götürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

 

Türkiyə klubunun “Barselona”da ilə 8 milyon avro qazanan Pyaniç üçün bonuslarla birlikdə təxminən 3 milyon avro maaş verəcəyi gözlənilir. 5 milyon avroluq fərq Kataloniya komandası tərəfindən qarşılanacaq.

 

Pyaniç “Barselona” formasında ilə ilk mövsümdə 30 rəsmi matç keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu