Modern.az

Vilayət Eyvazov parlamentdə hesabat verdi

Vilayət Eyvazov parlamentdə hesabat verdi

2 Noyabr 2012, 13:07

Milli Məclisin bugünkü iclasında İnsan Alverinə qarşı Milli Kordinator Vilayət Eyvazovun hesabatı açıqlandı. Daxili işlər nazirini müavini parlamentdə çıxış edərək bildirdi ki, cari ilin on ayı ərzində insan alveri ilə bağlı 85 cinayət faktı aşkarlanıb. 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilib. DİN rəsmisinin sözlərinə görə, bunlardan 20 nəfəri həbs olunub, 10 nəfər barədə isə 5 ildən 10 ilədək həbs qəti-imkan təqdibiri həyata keçirilib. Həmçinin V.Eyvazov qeyd edib ki, İnterpol xətti ilə 23 nəfər barəsində axtarış elan olunub.

İnsan alveri qurbanlarından 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü isə Rusiya Federasiyasına aparılıb, 6 nəfəri isə ölkə daxilində istismara cəlb olunub. Qeyd olunub ki, qurbanlardan 4-ü təhsilsiz, 4-ü natamam orta təhsilli, 45-i orta təhsilli, 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub.

Hesabatda bildirilib ki, bu dövr ərzidnə Azərbaycanda dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən olunub. Onların  təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 200-ə yaxın valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilib.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi