Meksikanın şimalında yerləşən Sonora ştatında ağır yol qəzası baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sonoita - San-Luis-Rio-Kolorado şosesində sərnişin avtobusu yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 16 nəfər ölüb, 22 nəfər yaralanıb.
Qəzanın səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.