“Aclıq geniş yayılmış bir problemdir. Azərbaycanda isə bu problemdən söhbət gedə bilməz, amma Azərbaycan da bundan sığortalanmayıb. Dünyada gedən problemlər Azərbaycandan da yan keçməyə bilər”. Modern.az xəbər verir ki, bu sözləri AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev bugünkü “Dünya aclıq problemi və onun həlli istiqamətində axtarışlar” adlı elmi-nəzəri konfransda deyib.
“Hazırda kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu 4.4%-dir. Əsas aclıq çörək, buğda və ətdən olur. Əgər bu məhsullar yoxdursa, aclıq baş verə bilər. Azərbaycan ət və yağ istehsalına görə öz tələbatını ödəyə bilir, baxmayaraq ki, torpaqlar eroziyaya uğrayıb, təbiətdə bir sıra problemlər yaranıb. Amma elmi-texniki proseslər nəticəsində bu problemləri aradan qaldırmaq olar. Hətta bu halda belə əhalini 10 dəfədən çox doydurmaq qabiliyyətinə malikdir“.