QHT Əməkdaşlıq Alyansı qəbul etdiyi prioritet istiqamətlərdən biri olan Seçki Monitorinqinin başlamasına artıq start verir. Bununla bağlı Modern.az-a Alyans rəhbərliyindən məlumat verilib. Mətbuat katibliyinin məlumatına görə, ciddi müzakirələrdən sonra Alyansın qəbul etdiyi bu qərarın artıq icrasına başlanılır. Seçki monitorinqinin mexanizminın hazırlanması ilə bağlı yaradılan işçi qrupu artıq mexanizmin detallarını Alyans rəhbərliyinə təqdim edib. Bütün bunları ictimaiyyətə açıqlamaq üçün QHT Əməkdaşlıq Alyansı noyabr ayının 6-da saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində brifinq keçirəcək.