Modern.az

Milli Məclis mitinq cərimələrinə dair qanun layihəsinin müzakirəsinə başladı

Milli Məclis mitinq cərimələrinə dair qanun layihəsinin müzakirəsinə başladı

2 Noyabr 2012, 14:44


Milli Məclisin hazırda keçirilən iclasında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, parlament bu qanunun 5-ci və 6-cı maddələrində müəyyən dəyişikliklər etmək fikrindədir.

İlk olaraq “Sərbəst toplaşmaq haqqında” qanunun 5-ci maddəsinin dəyişdirilməsi təklif olunub. Qeyd edək ki, 5-ci maddəyə 6-cı bənd əlavə olunub ki, bu bəndə görə, toplantı təşkilatçıları - yəni mitinq, aksiya, küçə yürüşlərinin təşkilatçıları barədə məlumatlarda onların  adı, soyadı, atasının adı və ünvanı göstərilməlidir.

6-cı maddəyə edilən dəyişikliyə görə isə təklif olunur ki, yığıncağın təşkilatçısı bir toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və bir neçə hüquqi və fiziki şəxsdir. 

Milli Məclisdə həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi planlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsində göstərilir ki, yığıncaqların, mitinqlərin və piketlərin keçirilməsinin təşkilininin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək məbləğində cərimə ediləcək, yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və 15 gün inzibati həbsi tələb olunacaq.
Vəzifəli şəxslər isə 3000 manatdan 6000 manatadək, hüquqi şəxslər 15 000 manat məbləğindən 30 000 manat məbləğinədək cərimə olunur.

Həmçinin 298-ci maddədə göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməyən yürüş, mitinq, piketdə iştirak etməyə görə, fiziki şəxs 300 manatdan 600 manatadək, yaxud xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saatadək ictimai işlə və ya  15 gün inzibati həbslə cəzalandırılır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi