Modern.az

Piketdə tutulanlar sərbəst buraxıldı

Piketdə tutulanlar sərbəst buraxıldı

2 Noyabr 2012, 14:52

İctimai Palatanın bu gün keçirilən icazəsiz piketində saxlanılan müxalifətçilərin hamısı sərbəst buraxılıb. Modern.az-ın məlumatına görə, bu barədə piketin əsas təşkilatçılarında olan AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı bildirib. Onun sözlərinə görə, bu gün piketdə saxlanılan 15-dən çox gənc artıq sərbəst buraxılıb.

Qeyd edək ki, İctimai Palata nümayəndələri bu gün keçmiş Əzizbəyov heykəlinin qarşısından başlayaraq Parlamentə doğru piket keçirməyə cəhd ediblər. Əvvəlcədən gücləndirilmiş şəkildə hazırlıqlı olaraq əraziyə cəlb olunan paytaxt polisi piketi dağıtmağa müvəffəq oldu.

Anar RÜSTƏMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi