Modern.az

“Taliban” Pəncşirin ən böyük bölgəsini ələ keçirdi

“Taliban” Pəncşirin ən böyük bölgəsini ələ keçirdi

3 Sentyabr 2021, 21:00

Əfqanıstanda hakimiyyətə yiyələnən “Taliban” hərəkatı hələ nəzarətlərində olmayan Pəncşir vilayətinin ən böyük bölgəsini ələ keçirdiyini elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi özünün “Twitter” səhifəsində məlumat yayıb.

 

"Pəncşirin ən böyük bölgəsi olan Priyan tamamilə hərəkatın əlinə keçib. Priyan Şotuldan sonra mücahidlərin əlinə keçən ikinci bölgədir", - deyə o qeyd edib.

 

“Taliban” rəsmisi əlavə edib ki, toqquşmalar zamanı Rusiya istehsalı olan zirehli maşınlar və digər hərbi texnikalar qənimət kimi götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu