Modern.az

11 sentyabrla bağlı məxfi sənədlər açıqlanacaq

11 sentyabrla bağlı məxfi sənədlər açıqlanacaq

3 Sentyabr 2021, 22:33

ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror hücumları ilə əlaqədar bəzi materiallar məxfilik sırasından çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden fərman imzalayıb.

 

Qeyd edək ki, 2001-ci il sentyabr ayının 11-də Əl-Qaidə terror təşkilatı tərəfindən qaçırılan təyyarələrdən biri Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə, digəri Pentaqonun binasına çırpılıb. Terror aktı nəticəsində 3000-ə yaxın şəxs həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu