Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin Sərhəd Qoşunlarının keçmiş əsgəri Abid Məmmədlinin hərbi hissədə fiziki təzyiqlərə məruz qalması və tərxis olunduqdan sonra depressiya keçirərək oktyabr ayının 20-də komaya düşməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil.
“Dövlət Sərhəd Xidməti rəsmi şəkildə bəyan edir ki, 2011-ci ilin aprel ayında Zərdab rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağrılmış əsgər Məmmədli Abid Əlisəfa oğlu oktyabr ayının 6-da tam sağlam şəkildə ordu sıralarından tərxis edilib. Yolasalma mərasimi zamanı digər əsgər yoldaşları ilə birlikdə ümumi baxışdan keçirilib, onunla təhlükəsizlik qaydaları barədə, mülki həyatda davranış normaları haqqında söhbətlər aparılıb, gələcək həyatında uğurlar arzulanıb. Bu zaman əsgərin heç bir narazılığı və şikayəti olmayıb”-deyə açıqlamada bildirilib.
Modern.az