Modern.az

Nazirlik: “Şirvan, Hacıqabul, Kürdəmir, Zərdabda evləri su basıb”

Nazirlik: “Şirvan, Hacıqabul, Kürdəmir, Zərdabda  evləri su basıb”

2 Noyabr 2012, 18:07

Bu gün respublikanın regionlarında aramsız yağan yağış nəticəsində  bir çox rayonlarda fərdi evləri su basıb. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan  məlumata əsasən, respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb. Nəticədə, Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. Yağış sularından əmələ gələn su kütləsinin Hacıqabul rayonunun Muğanlı qəsəbəsinə daxil olması nəticəsində, təxminən, 40 fərdi evin həyətyanı sahəsi su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranan  vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür. 

Modern.az  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi