Afrika qitəsində yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 7.9 milyonu keçib.
Modern.az xəbər verir ki, bu barədə “Worldometers” saytında qeyd olunub.
Virus səbəbiylə həyatını itirənlərin sayı 198 min 866, sağalanların sayı isə 7.8 milyona yüksəlib.
Qitədə ən çox yoluxma halları Cənubi Afrika Respublikası, Mərakeş, Tunis, Liviya və Efiopiyadadır. Virus səbəbindən ən çox ölüm Cənubi Afrika Respublikası, Tunis və Misirdə qeydə alınıb.