Modern.az

9 partiyanın yerləşdiyi binanın həyəti abadlaşdırılır

9 partiyanın yerləşdiyi binanın həyəti abadlaşdırılır

Aktual

4 Sentyabr 2021, 19:32

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.


Bu barədə Modern.az-a siyasi partiyalardan məlumat daxil olub.

 

Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri siyasi partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra , Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

 

Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq salınır, təmizlik işləri aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?