Əfqanıstanın Pəncşir vilayətinə sığınan müqavimət qüvvələri “Taliban” hərəkatının 600 üzvünü öldürüb.
Modern.az xəbər verir ki, bu barədə müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti özünün Tvitter hesabında məlumat yayıb.
O qeyd edib ki, “Taliban”ın 1000-dən çox silahlısı ələ keçirilib və ya tərksilah edilib.
Xatırladaq ki, Pəncşir Əfqanıstanda “Taliban” hərəkatının nəzarət etmədiyi yeganə bölgədir.