Fransanın keçmiş iqtisadiyyat naziri Arnaud Monteburq 2022-ci ilin yazında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə o, ölkənin cənub-qərbində tərəfdarları ilə görüşü zamanı məlumat verib.
58 yaşlı siyasətçi, iş adamı bildirib ki, Fransanın sənaye, ekoloji və demokratik yüksəlişini təmin etmək istəyir.
O, əvvələr Fransanın Sosialist partiyasının üzvü olub.