Modern.az

İsrail prezidenti İordaniya kralı ilə görüşüb

İsrail prezidenti İordaniya kralı ilə görüşüb

5 Sentyabr 2021, 00:01

İsrail prezidenti İshaq Herzoq avqustun 29-da İordaniya kralı II Abdullahla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin rəsmi mətbuat bürosu məlumat yayıb.

 

Kral Abdullahın dəvəti ilə baş tutan görüşün Əmman şəhərində keçirildiyi bildirilir.

 

Görüş zamanı Herzoq və Abdullah regional məsələləri və İsrail-İordaniya münasibətlərini müzakirə edib.

 

Qeyd edək ki, İsrail mətbuatı ölkənin Baş naziri Naftali Bennetin iyul ayının əvvəlində Əmmanda Kral Abdullah ilə gizli görüşdüyünü iddia edib, lakin hökumət bu xəbərlə bağlı heç bir açıqlama verməyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu