Qadın voleybolçular arasında Avropa çempionatını İtaliya millisi qazanıb.
Modern.az xəbər verir ki, bürünc medallar isə Türkiyə yığmasına qismət olub.
Türkiyə 3-cü yer uğrunda görüşdə Niderlandı 3:0 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, final mərhələsində Azərbaycan millisi də mübarizə aparıb. Lakin qrup mərhələsində 5 görüşdə uduzan komandamız turniri 24 ölkə arasında sonuncu yerdə bitirib.