Modern.az

Əfqan qadınlar ayağa qalxdı: Etirazçılara atəş açıldı

Əfqan qadınlar ayağa qalxdı: Etirazçılara atəş açıldı

5 Sentyabr 2021, 09:08

Əfqanıstanın Kabil və Herat şəhərində qadınların etirazlarına "Taliban" sərt cavab verib.

 

Modern.az "Sözcü"yə istinadla bildirir ki, Əfqanıstan paytaxtında, prezident sarayının qarşısında aksiya keçirmək istəyən qadınlara şiddət tətbiq edilib. Onların bəziləri həbsə atılıb. 

 

Taliblər qadınlara qarşı gözyaşardıcı və bibər qazından istifadə edib.

 

Bundan başqa, qadınlara qarşı pnevmatik tapançalardan atəş açıldığı deyilir. Anoloji hadisə Heratda da yaşanıb. Etirazçı qadınlar arasında ölənlərin olması ilə bağlı məlumat yoxdur.

 

Etirazçılar əfqan qadınlarına azadlıq istəyiblər.

 

Turan

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu