Modern.az

“Taliban” daha bir alınmaz qalanı ələ keçirdi

“Taliban” daha bir alınmaz qalanı ələ keçirdi

5 Sentyabr 2021, 09:15

“Taliban” hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzindəki Annaba rayonunu ələ keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Ashwaka” agentliyi məlumat yayıb.

 

Məlumata görə, döyüşlər əyalət qubernatorunun sarayı ərazisində gedir.

 

Bundan əvvəl radikalların nümayəndəsi Bilal Kərimi “Twitter”də verdiyi açıqlamada “Taliban”ın artıq Pəncşirin Xinc, Annaba, Şotol və Paryan bölgələrinə nəzarət etdiyini bildirmişdi.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu