Modern.az

Husilər Səudiyyə Ərəbistanına raket atdı

Husilər Səudiyyə Ərəbistanına raket atdı

5 Sentyabr 2021, 09:40

Yəməndəki Husi qruplaşması Səudiyyə Ərəbistanına raket zərbəsi endirib.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, Ərəb Koalisiyası bu barədə məlumat yayıb.

 

Bildirilib ki, İranın maliyyələşdirdiyi Husi qruplaşmasının Səudiyyə Ərəbistanının cənubuna endirdiyi raket zərbəsi havadaca zərərsizləşdirilib. 

 

Husilərin Səudiyyə Ərəbistanının "Aramco" şirkətinə məxsus neft quyularını və bazalarını hədəf aldığı ehtimal edilir.

 

Turan

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu